Qazaxıstanda silah anbarı partladı: Şəhərin təxliyəsi başlanıb

"Vilayətdə fövqəladə hal elan olunub. Bütün rayonlar, yaxınlıqda olan bütün qəsəbələr səfərbər edilib"
Sputnik

BAKI, 24 iyun — Sputnik. Qazaxıstanın cənubundakı Türküstan vilayətində yerləşən hərbi hissədə baş vermiş yanğın səbəbi ilə fövqəladə hal elan olunub.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu bərədə vilayətin başçısı Umirzak Şukeyev deyib.

O, hadisə yerinə yaxın məsafədə yerləşən Arıs şəhərinin təxliyə olunacağını bildirib.

"Vilayətdə fövqəladə hal elan olunub. Bütün rayonlar, yaxınlıqda olan bütün qəsəbələr səfərbər edilib. Hadisənin miqyasından görürük ki, şəhəri bütövlükdə təxliyə etməliyik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Arıs yaxınlığında yerləşən silah-sursat anbarında yanğın baş verib və sursatlar partlamağa başlayıb. Hadisənin səbəbləri araşdırılır.

Ərazinin yaxınlığındakı evlərdən əhalinin təxliyəsi artıq başlayıb.