BAKI, 24 iyun — Sputnik. Naməlum şəxs İspaniyanın Seuta muxtar şəhərində məscid istiqamətində bir neçə dəfə atəş açıb.
Sputnik Azərbaycan yerli "Efe" agentliyinə istinadən xəbər verir ki, həmin şəxs atəş açarkən motosiklet sürürmüş.
Digər mənbələrin verdiyi məlumatlarda isə məscidə iki nəfərin hücum etdiyi bildirilir. Ümumilikdə dörd dəfə atəş açılıb. Xəsarət alan olmasa da, insidet məsciddə təlaşa səbəb olub. Agentliyin təqdim etdiyi şəkillərdən güllələrin məscidin divarlarını zədələdiyini görmək olar.
Məlumata əsasən, hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib.