SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan müxalifətindən İvanişvilinin "misilsiz qərarı"na cavab

Avtoyürüş təşkilatçıları hamıya etirazlarını bildirmək üçün yerli vaxtla saat 14:00-da avtomobillərini saxlamağı və siqnal verməyi təklif ediblər
Sputnik

BAKI, 24 iyun — Sputnik. Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları maşın karvanı ilə şəhərin mərkəzində yerləşən Birinci Respublika Meydanından ölkənin Daxili İşlər Nazirliyinin binası istiqamətində yola düşüblər.

Sputnik Gürcüstan xəbər verir ki, bununla etirazçılar mitinqin əhatə sahəsini genişləndirməyə çalışırlar.

Avtoyürüş təşkilatçıları hamıya etirazlarını bildirmək üçün yerli vaxtla saat 14:00-da avtomobillərini saxlamağı və siqnal verməyi təklif ediblər.

Rusiya Gürcüstan aviaşirkətlərinə qadağa qoydu

Ən genişmiqyaslı etiraz aksiyası saat 19:00 üçün nəzərdə tutulub.

Əsas tələblər olduğu kimi qalır: Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariyanın istefası, birinci aksiyada saxlanılan bütün şəxslərin azad edilməsi və proporsional sistem üzrə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi.

Aksiyaların keçirildiyi 4-cü gün, yəni iyunun 24-də hakim "Gürcü Arzusu — Demokratik Gürcüstan" partiyasının təsisçisi və sədri Bidzina İvanişvili Gürcüstanda 2020-ci il parlament seçkilərinin proporsional sistemə uyğun həyata keçiriləcəyini bildirib.

Ölkənin Baş Naziri Mamuka Baxtadze jurnalistlərə bildirib ki, "Bidzina İvanişvili misli olmayan bir qərar səsləndirib".