HADİSƏ

Bakının böyük prospektlərindən birində tıxac yaranıb - FOTO

Koroğlu stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib
Sputnik

BAKI, 24 iyun - Sputnik. Bir qədər əvvəl Ziya Bünyadov prospektində metronun Koroğlu stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Bakının böyük prospektlərindən birində tıxac yaranıb - FOTO

Agentlik bildirir ki, qəza səbəbindən hazırda Böyük Şor qovşağından 20 yanvar dairəsi istiqamətində tıxac yaranıb.