HADİSƏ

Azərbaycanın görkəmli alimi dünyasını dəyişdi

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olmuşdu
Sputnik

BAKI, 24 iyun - Sputnik. Böyük tədqiqatçı alim, professor Şirməmməd Hüseynov vəfat edib. Bu barədə Real TV məlumat yayıb. 

Şirməmməd Hüseynov Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri idi.

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olmuşdu.