İstanbul seçkilərinin qalibi məlum oldu

Yıldırım artıq İmamoğlunu qələbə münasibətilə təbrik edib
Sputnik

BAKI, 23 iyun - Sputnik. İstanbul bələdiyyəsi uğrunda seçkilərdə artıq nəticələr açıqlanmağa başlayıb.

Artıq səsvermə qutularının 99,1%-nin nəticələri elan edilib. CHP-nin namizədi Əkrəm İmamoğlu 54,0% səslə irəlidədir. Onun rəqibi AKP-li Binəli Yıldırım 45,1% səs toplayıb.

Yıldırım artıq İmamoğlunu qələbə münasibətilə təbrik edib və ona uğurlar diləyib.