İQTİSADİYYAT

Ekspert üç ölkənin dəmiryollarının birləşdirilməsindən gözləntilərini açıqladı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, bu layihə təkcə üç ölkə üçün deyil, həm də regional baxımdan önəm kəsb edir
Sputnik

Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək. Bu barədə Rusiya ilə İranın iqtisadi və ticari əməkdaşlığına dair hökumətlərarası komissiyasının İsfahanda keçirilən 15-ci iclasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, dəmiryolu qovşaqlarının çox olması faydalıdır:

“Bu bir çox məsələlərə müsbət təsir göstərir. Dəmiryolu şəbəkəsinin genişləndirilməsi təkcə ölkələrə deyil, həm də ölkə daxilindəki regionların da iqtisadi inkişafına şərait yaradır. Bu layihə təkcə üç ölkə üçün deyil, həm də regional baxımdan önəm kəsb edir. Layihə isə ölkələr arasında çoxtərəfli münasibətlərin inkişafına, ikitərəfli münasibətlərin sıxlaşmasına imkan yaradacaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz