CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sürücü sükan arxasında ölüb

Hadisə bu gün Heydər Əliyev prospektində olub
Sputnik

BAKI, 23 iyun - Sputnik. Bakıda sürücü sükan arxasında ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün Heydər Əliyev prospektində olub.

Hərəkətdə olan “QAZ 24” (Volqa) markalı minik avtomobilinin sürücüsü Bakı sakini Əliyev Vahab Samir oğlu həyatını itirib.