CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vulkan ərazisində tikilən qanunsuz evlərin sayı açıqlandı

Bələdiyyə sədri insanları faciədən qoruma yolları barədə danışıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Azərbaycanda Keyrəki palçıq vulkanı ətrafında yaşayan ailələrə 500-dən çox xəbərdarlıq məktubu paylanıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva məlumat verib.

Azərbaycanda vulkan püskürüb - FOTO

A.Əliyeva bildirib ki, Bakı-Abşeron yarımadası Palçıq Vulkanları İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ərazidə yaşayan ailələrə 500-dən çox xəbərdarlıq məktubu paylanılıb, palçıq vulkanı püskürəcəyi təqdirdə hansı ilkin addımların atılmalı olduğuna dair məlumat xarakterli söhbətlər aparılıb, lövhələr yerləşdirilibdir: "Hazırda müdafiə xarakterli olaraq, vulkanın öz radiusundan əlavə 7 hektar ərazi də tərəfimizdən nəzarətdə saxlanılır və hər-hansı bir tikilinin getməsinə icazə verilmir. Ötən illərdə özbaşına tikilmiş 6 ev sökülüb, 2 vaqon ərazidən kənarlaşdırılıbdır. Elektrik naqilləri üçün nəzərdə tutulan dirəklər də aidiyyatı qurumun əməkdaşları vasitəsilə ərazidən götürülüb. Ətrafdakı evlər siyahıya alınıb. Hazırda təxminən orada 65-70 ev təsərrüfatı mövcuddur. Bundan əlavə, dağ boyu 2 km məsafədə xəndək qazılıb və evlərin tam mühafizəsi təmin olunub. Təbii ki, vulkan ərazisi mütəmadi diqqətimizdədir və hər-hansı bir özbaşına tikilinin getməsinə birmənalı icazə yoxdur. 63 ev vulkana yaxın olsa da, ümumilikdə ərazidə 125 ev tikilib".

Qeyd edək ki, Keyrəki vulkanının ümumi ərazisi təxmini 32 hektardır. Krater isə 2 hektar ərazini əhatə edir. Vulkan sonuncu dəfə 2017-ci ildə püskürüb. Keyrəki aktiv vulkanlar siyahısındadır.