Rusiya Gürcüstan aviaşirkətlərinə qadağa qoydu

Rusiya iddia edir ki, Gürcüstan aviaşirkətlərinin Rusiya Federasiyasının Hava Məkanında Hərəkətin Təşkili üzrə Dövlət Korporasiyasına xeyli borcuı var
Sputnik

BAKI, 22 iyun — Sputnik. Rusiyanın Nəqliyyat Nazirliyi bəyan edib ki, Gürcüstan aviaşirkətlərinin bu ölkəyə uçuşları iyulun 8-dən etibarən müvəqqəti olaraq dayandırılır.

Bu barədə məlumatı Sputnik Gürcüstan yayıb. Gürcüstan aviaşirkətlərinin Rusiya Federasiyasının Hava Məkanında Hərəkətin Təşkili üzrə Dövlət Korporasiyasına vaxtı keçmiş borclarının yığılıb qaldığı bildirilir.

Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağan ediləcək. Rusiya tərəfinin məlumatına görə, müvəqqəti tədbirlər təhlükəsizlik məqsədi ilə qəbul olunub. Artıq "Aeroflot" aviaşirkəti Gürcüstanda olan Rusiya vətəndaşlarının ölkədən çıxarılmasına başlayıb.