BAKI, 22 iyun — Sputnik. İstanbulda fabrikdə güclü yanğın olub. Sputnik Azərbaycan-ın "Sözçü"yə istinadən verdiyi xəbərə görə, şəhərin Cümhuriyyət məhəlləsi, Hadımköy Yolu küçəsində qeydə alınan hadisə 03:00 başlayıb.
Yanğın, plastik və tekstil istehsal olunan, 500 kvadratmetr ərazini tutan 4 mərtəbəli fabrikin yuxarı mərtəbəsində baş verib. Hadisə yerinə cəlb olunan 8 rayonun yanğınsöndürmə komandasının müdaxiləsi nəticəsində alovun qarşısı alınıb. Xilasedicilər binanın damında qalan 20 nəfəri qurtarsa da, 4 nəfər dünyasını dəyişib. Ölən şəxslərin xarici vətəndaş olduğu bildirilir.
Eyni zamanda, tüstüdən 4 yanğınsöndürən və 2 işçi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İstanbul valiliyi hadisə ilə bağlı açıqlamasında araşdırma aparıldığını deyib. Hələlik hadisənin nədən baş verdiyi məlum deyil.