BAKI, 22 iyun — Sputnik. 2018-ci ildə bəzi rayonların şagirdləri 100 baldan aşağı nəticə göstərib. Sputnik Azərbaycan-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında məlumat verilir.
Məlumatda qeyd olunur ki, Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağıdır.