BAKI, 22 iyun — Sputnik. Bitkoinin qiyməti 10 min dolları keçib.
Sputnik Azərbaycan-ın Ria Novosti-yə istinadən verdiyi məlumata görə, iyunun 21-dən 22-nə keçən gecə kriptovalyuta psixoloji baryeri aşmağa müvəffəq olub.
Bu cür hadisə 2018-ci ilin mayından bu yana ilk dəfədir ki, qeydə alınır. Bu gün səhər saatlarında 20 birjanın açıqlamasında bitkoin 10.73 min dollar məbləğində qiymətləndirilib. "Binance" birjasında isə qiymət 10.74 min dollara çatıb.
Mütəxəssislərin rəyinə görə, bitkoinin qiymətinin artması "Facebook"un öz kriptovalyutası - Libranı dövriyyəyə buraxması ilə əlaqədardır. Libra və bitkoin arasında birbaşa mübadilə olmasa da, analitiklərin dediyinə görə, bu hadisə iqtisadiyyatın möhkəmlənməsində mühüm rol oynayacaq.