TƏHLİL

Ekspert məktəblərdə yaradılacaq təmayül siniflərin əhəmiyyətindən danışır

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, bu addımın atılması tamamilə doğrudur və proses getdikcə genişləndirilməlidir
Sputnik

Hazırda orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri aparılır. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, təmayül sinifləri artıq bir neçə ildir var və onların yaradılması zamanın tələbidir:

“Biz bunu inkişaf etmiş ölkələrin praktikasında da görə bilərik. Uşaqların bilik və bacarıqları, o cümlədən, maraqları nəzərə alınaraq müxtəlif istiqamətli siniflər yaradılır. Düşünürəm ki, bu addımın atılması tamamilə doğrudur və proses getdikcə genişləndirilməlidir. Çünki dövr dəyişib və uşaqlara istəmədikləri fənn və ixtisasların öyrədilməsi zamanı keçib”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz