CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda yük maşını ölümə səbəb oldu

Motosikl "Hyundai" markalı yük avtomobili ilə toqquşub
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Qusar - Həzrə yolunun 2-ci km-də qəza baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə,  Qusarın Köhnə Xudat kənd sakini, 1962-ci il təvəllüdlü Əlağa Məlikəhməd oğlu Ağakişiyevin idarə etdiyi motosikllə Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü və hazırda Bakıda yaşayan Vasif Dünyamalı oğlu Osmanovun idarə etdiyi "Hyundai" markalı yük avtomobili toqquşub.

Motosiklet sürücüsü Əlağa Ağakişiyev aldığı xəsarətlərdən dərhal keçinib. Hadisə yerinə Qusar Polis Şöbəsinin Yol və İstintaq bölmələrinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəzaya motosikl sürücüsünün işlək yolun ortasında dönmə əməliyyatı etməsi səbəb olub.

Hadisəni Qusar Polis Şöbəsinin İstintaq Bölməsi araşdırır.