SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN-dən Gürcüstandakı hadisələrə reaksiya

"Kimsə təxribatçılar tərəfindən qızışdırılan kütlənin otellərə hücum etməyəcəyinə zəmanət verə bilər?"
Sputnik

BAKI, 21 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Tbilisidə baş verənləri bu ölkənin özünə zərər vuran dəhşətli təxribat adlandırıb. Sputnik Gürcüstan xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Rusiya XİN Dağlıq Qarabağdakı son gərginliyə münasibət bildirib

"Radikalların təxribatı, partiyalar arasında hakimiyyət uğrunda mübarizə... Siyasət... Demokratiya. Və mən ironiya etmirəm – bu müasir dünyanın reallığıdır", – deyə Zaxarova öz "Facebook" səhifəsində qeyd edib.

O vurğulayıb ki, Rusiya Dövlət Dumasının deputatları, Pravoslav Parlament Assambleyasının prezidenti Sergey Qavrilov Gürcüstana "dəvət və dinc məqsədlə... pravoslav forumun xətti ilə" gəlib və o "heç vaxt Gürcüstan əlaeyhinə fəaliyyətdə olmayıb".

"Bəli, biz ötən gün turizm mövsümünün qızğın vaxtında törədilən dəhşətli təxribatı gördük. Kimsə təxribatçılar tərəfindən qızışdırılan kütlənin otellərə hücum etməyəcəyinə zəmanət verə bilər? Kim? Gürcüstanda hazırda buna kim zəmanət verə bilər? KİV-lər də Rusiya XİN-inə xeyli sayda suallar göndərirlər: Gürcüstana səfər edən rusiyalılara məsləhətləriniz nədir? Şəxsən mənim üçün nəticə kədərlidir: ötəngünkü iğtişaşlar ən çox Gürcüstanın özünə zərər vurdu".

Tbilisidəki aksiyalarda 240 nəfər yaralanıb

Diplomatın fikrincə, Gürcüstan "Rusiyaya qarşı sanksiya müharibəsini başladan və 5 ildir özü bundan əziyyət çəkən" Avropanın təcrübəsini təkrarladı.

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.