CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BŞİH ad günü ilə bağlı yürüşə icazə vermədi

Yürüşün keçirilməsi həmin ərazidə yürüşdə iştirak etmək istəyi olmayan vətəndaşların sərbəst hərəkətində və nəqliyyat vasitələrinin iş ahəngində ciddi problemlər yarada bilər
Sputnik

BAKI, 21 iyun — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti eks-prezident Əbülfəz Elçibəyin doğum günü ilə bağlı 24 iyunda nəzərdə tutulmuş yürüşə icazə verməyib. Sputnik Azərbaycan xəbər verir ki, İcra Hakimiyyətindən bildirilib ki, 20 saylı məktəb-liseyin yaxınlığından Fəxri Xiyaban istiqamətində olan yol nəqliyyat vasitələrinin hərəkətinin intensiv olduğu yollardır.

Əbülfəz Elçibəyin xanımı vəfat etdi

Qeyd edlib ki, planlaşdırılan yürüşün keçirilməsi həmin ərazidə yürüşdə iştirak etmək istəyi olmayan vətəndaşların sərbəst hərəkətində və nəqliyyat vasitələrinin iş ahəngində ciddi problemlər yarada bilər. Bu səbəbdən də yürüşün keçiriləməsi məqsəduyğun hesab edilməyib.

Xatırladaq ki, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev, vətəndaş Həsən Qasımov və Sabir Sadıqov Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, iyunun 24-də Elçibəyin anım gününə həsr edilmiş yürüş üçün icazə istəyib. Yürüşün 20 saylı məktəb-lisey kompleksindən Fəxri Xiyaban istiqamətində keçirilməsi nəzərdə tutulmuşdu.