BAKI, 21 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qurum bu səbəbdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmağı, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir.