İQTİSADİYYAT

Faizsiz pensiya problemi: "Bütün bankomatları prosesə cəlb etmək lazımdır"

"Pensiyaçılar üçün bütün bankomatlardan faizsiz vəsait çıxarılması məsələsini həll etmək lazımdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyun-Sputnik. "Pensiyaçılar yalnız iki bankın bankomatlarından vəsait çıxara bilirlər, amma digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faiz tutulur. Digər bankların bankomatlarından da faizsiz vəsait çıxarılması məsələsini həll etmək lazımdır".

Pensiyalar yenə artacaq - Nazir açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Vahid Əhmədov Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatın təklifinə cavab olaraq deyib ki, digər bankların bu prosesdə iştirakı məsələsinə baxırıq: "Burada qanunvericilik məsələsi var. Mən sizin dediyinizdən belə başa düşdüm ki, bu komissiya haradansa kompensasiya olunmalıdır. Nəzərə alaq ki, bu banklar özəldir və bunu pulsuz etməzlər. Banklarımız inkişaf etdikcə, onların şəbəkəsi genişləndikcə biz onları keçirtdiyimiz satınalmalar sisteminə daxil edə bilərik. Bu məsələlərə baxarıq".