CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ucuz və sərfəli" – Yevlaxlı baramaçı ixtiraları ilə işinin əziyyətini necə azaltdı

Yevlax rayonu Aşağı Qarxun kənd sakini Vasif Nəsirov ömrünü baramaçılığa həsr edib. İşini asanlaşdırmaq üçün 15 nəfərin əməyini əvəzləyən qurğular ixtira edib. Buna necə nail olduğunu Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

64 yaşlı yevlaxlı ixtiraçı 2 cür qurğu hazırlayıb. O, Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, onun ixtiraları 15 nəfərin işini əvəz edə bilir.

V.Nəsirovun təqdim etdiyi ilk qurğu yarpaqdoğrayan adlanır. Sadə detallardan hazırlanıb və 250 manata başa gəlib. İpəkqurdu həyatının ilk həftəsində xüsusi qayğı tələb edir və onlara yarpaq doğranaraq verilməlidir. Bu qurğu isə bıçaqla 1 saata görülən işin öhdəsindən 5 dəqiqəyə gəlir.

Həmsöhbətimizin hazırladığı ikinci qurğu isə barama təmizləyən vasitədir. Bir kiloqramda 700-dən artıq barama olduğunu nəzərə alsaq, onu əl ilə təmizləmək olduqca əziyyətli iş sayılır. Nəsirovun ixtirası isə 1 günə 1 tondan artıq ipəkqurdu baramasını təmizləmək gücünə malikdir.