BAKI, 20 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək bəzi ərazilərdə rəngləmə işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən AAYDA sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.