BAKI, 20 iyun — Sputnik. Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Prezidentin digər bir sərəncamı ilə Mədət Quliyev DTX rəisi vəzifəsindən azad edilib.