BAKI, 20 iyun — Sputnik. İran hökumətinin sözçüsü Ali Rəbii əcnəbi turistlərin ABŞ sanksiyaları səbəbilə hər hansı bir sıxıntı yaşamaması üçün İrana daxil olan zaman pasportlarına heç bir möhür vurulmayacağını açıqlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Nazilər Şurasının toplantısından sonra jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, ölkə başçısı Həsən Ruhani əcnəbi turistlərin pasportların möhür vurulmaması və hər hansı bir qeydiyyatın aparılmaması barədə təlimat verib.
"İnsanlar hər hansı bir narahatçılıq yaşamadan İranı rahat şəkildə ziyarət edə bilərlər. Pasportlara möhür vurulmaması ilə əlaqədar təlimat qısa müddət ərzində bütün hava limanlarında həyata keçiriləcək" – deyə o bildirib.