SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində niyə fəallaşır - politoloq şərhi

Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-ın bu təşəbbüsləri davamlı xarakter daşımır və Minsk qrupu daxilində epizodik yer alır
Sputnik

ABŞ Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan və Ermənistan arasında dialoqun inkişafını təşviq etməyə davam edəcək. Bunu öz "Twitter" səhifəsində ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin həlli istiqamətin ara-sra fəallığını müşahidə etmək olur:

“Ancaq ABŞ-ın bu təşəbbüsləri davamlı xarakter daşımır və Minsk qrupu daxilində epizodik yer alır. Bu həm də onu göstərir ki, ABŞ bu prosesdə təşəbbüsü tamamilə itirmək istəmir. Uzun illərdir münaqişənin həlli istiqamətində fəallığı Rusiya tərəfi göstərirdi və  hazırkı real olan təkliflər də Rusiyaya məxsusdur. Münaqişə tərəfləri də keçirilən görüşlərdə bu təkliflər əsasında müzakirələr aparırlar. Bütün hallarda ABŞ-ın atdığı addımlara baxmayaraq, münaqişənin həlli istiqamətində təşəbbüslər Rusiyanın əlindədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz