Mətbuat mərkəzi

Qadınların mühitində dini radikalizmlə necə effektiv mübarizə aparmalı

"Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?" mövzusunda ictimai müzakirə keçiriləcək.
Sputnik

Ölkə KİV-ləri tez-tez radikal dini cərəyanların Azərbaycan qadınlarına, milli-mənəvi dəyərlərə neqativ təsirlərindən və cəmiyyətdə potensial münaqişə mənbəyi olmasından bəhs edirlər. Belə hallar vaxtaşırı ailələrin dağılmasına, ictimai şüurda ekstremist baxışların yayılmasına səbəb olur.

Bəs bu hallarla necə effektiv mübarizə aparmaq və onlara qarşı hansı profilaktik tədbirlər görmək olar? Bu barədə 21 iyun saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?" mövzusunda ictimai müzakirədə söhbət açılacaq.

Tədbirdə DTX-nın ekspertləri, dini qurumların nümayəndələri, millət vəkilləri, ictimai fəallar, qeyri-hökumət sektorunun nümayəndələri, təhsil sahəsinin mütəxəssisləri və jurnalistlər iştirak edəcəklər:

Öz yubileyində "Milyonçu qadın" olan azərbaycanlı aktrisa

Fazil Mustafa - "Böyük Quruluş" Partiyasının sədri, Milli Məclisin deputatı;

Ülkər Abdullayeva - "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri;

Yeganə Hacıyeva - Gənc Demokratlar İnstitutu ictimai Təşkilatınını rəhbəri;

Zeynəb Əyyubova - psixoloq;

Nərmin Şamilbəyli – ekspert;

Niyaməddin orduxanlı - Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini;

Adil Hüseynoğlu - teoloq;

Sübhan Talıblı - AMEA Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent və başqaları.

Tədbirdə layihə çərçivəsində keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinə müvafiq mükafat və diplomlar da təqdim ediləcək!

Əlavə məlumat üçün müraciət edə bilərsiz:

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).