BAKI, 18 iyun - Sputnik. ABŞ Ermənistan və Azərbaycan arasında Qarabağ nizamlanması məsələsi üzrə dialoqu təşviq etməyə davam eləyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizıik üzrə müşaviri Con Bolton Vaşinqtonda XİN rəhbərləri ilə görüşdən öncə belə bir bəyanatla çıxış edib.
"Bu həftə ərzində keçiriləcək Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşləri onların arasında davam edən dialoqu təşviq etmək üçün gözləyirəm", - Bolton öz Twitter hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ "bölgədə sülhün bərqərar olmasına yardım etməyə hazırdır".