BAKI, 19 iyun — Sputnik. Suriya Türkiyə ilə hərbi qarşıdurma istəmir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Suriyanın Xarici İşlər naziri Valid Muallim çinli həmkarı Van İ ilə görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Türkiyə ilə bizim qoşunların arasında müharibə istəmirik. Bu, bizim prinsipial mövqeyimizdir", - deyə Muallim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda rəsmi Ankaranın Suriyanın İdlib vilayətində öz müşahidə postlarına hücum olacağı təqdirdə cavab verəcəyinə dair bəyanatı şərh edərkən bildirib.
Qeyd edək ki, cümə axşamı Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Suriyanın İdlib vilayətində yerləşən müşahidə postları Suriya hökumət qüvvələrinin nəzarətində olan ərazilərdən atəşə tutulub. Nəticədə üç türk hərbçi yüngül yara alıb.