Dünyanın üçüncü ultra-varlı adamının adı açıqlanıb

Onun var-dövləti 100,4 milyard dollar dəyərində qiymətləndirilir
Sputnik

BAKI, 19 iyun — Sputnik. “Louis Vuitton Moët Hennessy (LVMH)” moda evinin sahibi Bernar Arno tarixdə var-dövləti 100 milyard dollara çatan üçüncü şəxs olub.

Sputnik AzərbaycanBloomberg”ə istinadən xəbər verir ki, hazırda Arnonun var-dövləti 100,4 milyard dollar dəyərində qiymətləndirilir.

Hökumətləri devirən milyonçu həbs olundu

İlin əvvəlindən Arnonun aktivləri “LVMH”in səhmlərinin 43% bahalaşması hesabına 32 milyard dollar artıb.

“Bloomberg” tərəfindən tərtib olunmuş milyarderlər reytinqində Arno üçüncü yeri tutur. Reytinqdə birinci və ikinci yerlərdə müvafiq olaraq “Amazon” şirkətinin təsisçisi Ceff Bezos (119 milyard dollar) və “Microsoft”un keçmiş rəhbəri Bill Geyts (106 milyard dollar) qərarlaşıb.

“Bloomberg”in hesablamalarına görə, Arnonun var-dövləti Fransanın ümumi daxili məhsulun 3% səviyyəsində durur.

“Forbes” isə Arnonun var-dövlətini 97,3 milyard dollar dəyərində qiymətləndirərək onu milyarderlər siyahısında Bezos (156,2 milyard dollar) və Geytsdən (102,4 milyard dollar) sonra üçüncü yerdə qərarlaşdırıb.