CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağışlayın, amma işıq olmayacaq!

"Azərişıq" ASC istehlakçılardan üzr istəyir
Sputnik

BAKI, 19 iyun — Sputnik. Bu gün saat 13.30-15.30 radələrində Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, 110/10 kVt-luq Əliağa Vahid  yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq  Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.