Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 18 iyun — Sputnik. Bu gecə Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. Belə ki, 1982-ci il təvəllüdlü Hətəmov Rəşid Feyruz oğlu özünü asıb.
Sputnik Azərbaycan-a verilən məlumata görə intihar edən şəxsin polis olduğu bildirilir. İlkan məlumata görə, o özünü borca görə öldürüb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb.