Mursi Qahirədə dəfn edildi

Dəfn mərasiminə Mursinin ailəsi və vəkillərindən başqa heç kimsə qatılmayıb
Sputnik

BAKI, 18 iyun — Sputnik. Misirin sabiq prezidenti Məhəmməd Mursi bu gün yerli vaxtla 05:00-da Qahirədə dəfn edilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dəfn mərasimi ilə bağlı geniş təhlükəsizlik tədbirləri görülüb.

Hər ailənin öz qəbiristanlığı olan, atın adam kimi dəfn edildiyi ucqar kənd

Mursinin cənazəsi Qahirənin şərqində, "Medinet Nasr" səmtində Müsəlman Qardaşları mürşüdlərinin dəfn edildiyi qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasiminə Mursinin ailəsi və vəkillərindən başqa heç kimsə qatılmayıb.

Qeyd edək ki, Məhəmməd Mursi iyunun 17-də məhkəmə zalında vəfat edib. O 1951-ci ilə avqustun 20-də anadan olub. 2012-ci ildə keçirilən prezident seçkilərində qalib gələn Məhəmməd Mursi 2013-cü ildə o vaxtkı müdafiə naziri, general Abdul Fəttah əs-Sisi tərəfindən hərbi yolla devrilib. M.Mursi casusluq, dövlətə xəyanət və başqa cinayətlərdə şübhəli bilinərək, həbs edilmişdi.