Gürcüstanın səhiyyə naziri vəzifədən getdi

O, hakim Gürcü arzusu – demokratik Gürcüstan partiyasının üzvü olaraq qalacaq
Sputnik

BAKI, 18 iyun — Sputnik. Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko istefa verib. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Nazir qeyd edib ki, bu, qısa müddət ərzində verilən qərar deyil, ondan əvvəl xeyli məsləhətləşmələr aparılıb.

O, eyni zamanda vurğulayıb ki, hakim "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının üzvü olaraq qalacaq.

İlkin məlumatlara görə, Sergeyenkonu səhiyyə naziri postunda Saçhere (İmereti regionu) klinikasının direktoru Yekaterina Tikaridze əvəz edəcək.