Dünyanın ən yaxşı "Ailə Dostu" ölkəsi bəlli oldu

İsveç ailə modelinə görə dünyada ən ideal ölkədir
Sputnik

BAKI, 18 iyun — Sputnik. İsveç dünyanın ən yaxşı "Ailə dostu" seçilib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, UNICEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu) hesabatında ideal ailə qanunlarına və davranışlarına görə ən yaxşı ölkəsi İsveç seçilib. İsveçdən sonrakı yerlərdə isə İsveçrə, Yunanıstan, Kipr Respublikası, Birləşmiş Krallıq, İrlandiya qərarlaşıb.

Belə ki, ilk yerdə qərarlaşan İsveçdə valideynlik məzuniyyətinə görə yeni ana olan şəxslər 35 həftə, ata olan şəxslər isə 11 həftədə işlədiyi dövrdə aldığı maaşın yüz faizi həcmində vəsait əldə edir.

Siyahıda ABŞ, Avstraliya, İsrail, Türkiyə və Yeni Zelandiyanın adının yer almamasının səbəbi isə uşaqlara yardımla əlaqədar olaraq dövlət dəstəyinin məhdud olması ilə izah olunur.