HADİSƏ

Cəlilabadda 36 yaşlı qadın doğuş zamanı öldü

T.Vəliyeva həyatını itirsə də, körpənin həyatını xilas etmək mümkün olub
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Cəlilabadda 36 yaşlı qadın doğuş zamanı ölüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Cəlilabad  rayonu Kövüzbulaq kənd sakini 1983-cü il təvəllüdlü Təbrizə Vəliyeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

T.Vəliyeva həyatını itirsə də, körpənin həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.