SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bahar Muradova: “Ermənistanın mövqeyi sülhə təhdiddir”

Milli Məclis sədrinin müavini Ermənistanın danışıqlar prosesini pozmasından danışdı
Sputnik

BAKI, 18 iyun — Sputnik. Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi sülh əldə etməyə imkan vermir. Bu qeyri-konstruktiv mövqe davamlı sülh, birgə yaşayışa təhdid kimi qalır.

Ermənistan ordusu Qarabağda əsgər itirdi

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh olmadan davamlı inkişafa nail olmaq mümkünsüzdür: "Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir. Bu tədbirlərin Cənubi Qafqaz regionunda keçirilməsi təsadüfi deyil. Çünki bu regionda münaqişə ocaqları var. Bu münaqişələrin həll olunmaması və münaqişə tərəflərindən birinin qeyri-konsturiktiv mövqeyi sülh əldə etməyə imkan vermir".

B.Muradova əlavə edib ki, həm mövcud təsisatların gücündən tam istifadə etmək, həm də yeni təsisatlar yaratmaqla problemlərin həllinə nail olmaq lazımdır: "Artıq 16-cı dəfədir ki, ombudsmanlar vacib olan mövzular ətrafında müzakirə aparmaq üçün Azərbaycana toplaşırlar. Bu tədbir problemlərin araşdırılması, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşməsi və müsbət təcrübələrin bölüşülməsinə şərait yaradır. Azərbaycan belə təcrübələrin aparılması üçün çox uyğun bir məkandır".