Zelenskinin yanında Merkeli əsməcə tutdu, dünya bu görüntüdən danışır

Ukrayna Prezidentinin Almaniya səfəri maraqlı məqamla yadda qalacaq
Sputnik

BAKI, 18 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Almaniya kansleri Angela Merkel özünü pis hiss edib. Sputnik Azərbaycan xəbər ki, hadisənin görüntülərini "REN TV" telekanalı yayımlayıb.

Kadrlarda hər iki liderlərin qırımızı xalıda yanbayan durduğu görünür. Gözlənilmədən Merkel əsməyə, titrəməyə başlayır. Bir dəqiqə ərzində Almaniya kansleri əlinin vəziyyətini təxminən 10 dəfə dəyişib. Ukrayna Prezidenti isə öz növbəsində baş verənlərə reaksiya verməyib.

Almaniya kanslerinin özünü pis hiss etməsinə səbəb isti hava şəraiti ola bilər: Berlində çərşənbə axşamı havanın temperaturu 30 dərəcəyə çatıb.

Qeyd edək ki, Ukrayna lideri birgünlük Almaniyaya səfərə gedib. Almaniya və Ukrayna liderləri Donbas regionunda münaqişənin dayandırılmasını və iqtisadi əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.