CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfərbərlik, Miqrasiya və Ədliyyə işçiləri barədə sərəncam verildi

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları artırılıb
Sputnik

BAKI, 18 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Prezident hərbi qulluqçular barədə qərara imza atdı

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.