CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK sədri və üzvlərinin vəzifə maaşları məlum oldu

MSK sədri və üzvlərinin vəzifə maaşları artırılıb
Sputnik

BAKI, 18 iyun - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Sədr – 3060 manat

Sədrin müavini – 2845 manat

Katib – 2110 manat

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.