Ekspert çimərliklərdən danışdı: Bakı ətrafında təmiz çimərlik yoxdur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, çimərliklərdə yoxlamalar aparılır və onların çimmək üçün uyğun olmadığı müəyyənləşir
Sputnik

Azərbaycanda çimərlik turizmini inkişaf etdirmək üçün ilk növbədə Avropa ölkələrində olduğu kimi “mavi bayraq” sistemi yaradılmalıdır. Bunu Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki,Azərbaycanda çimərliklərin 90 faizi çimmək üçün uyğun deyil:

“Hər il Səhiyyə Nazirliyi çimərliklərdə yoxlamalar aparır və onların çimmək üçün uyğun olmadığı müəyyənləşir. Lakin buna baxmayaraq, tələbat çox olduğu üçün insanlar bu çimərliklərə yenə də gedirlər. Bu sahədə əhalinin maarifləndirilməsi aşağı səviyyədədir. Demək olar ki, Bakı ətrafında təmiz çimərlik yoxdur. Dənizin kənarlarındakı təmiz yerlər hasarlanıb. Bu hasarlar ləğv edilməlidir. Həmçinin, o insanların çimərliklərdən istifadə mədəniyyəti yüksəldilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz