RUSİYA

Dövlət Duması qalmaqallı qanunu qəbul etdi: ABŞ-la önəmli saziş ləğv olundu

Rusiya prezidentinin sazişin fəaliyyətini bərpa etməyə dair hüququ olacaq
Sputnik

BAKI, 18 iyun — Sputnik. Rusiya Dövlət Duması "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqqında sazişin fəaliyyətinin dayandırılması haqda qanun layihəsini qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Mayın 30-u Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası tərəfindən SSRİ və ABŞ arasında "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqqında sazişin fəaliyyətinin dayandırılması haqqında qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən, Rusiya prezidentinin sazişin fəaliyyətini bərpa etməyə dair hüququ olacaq.

Qeyd edək ki, ABŞ fevralın 2-si "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqqında sazişə dair götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bəyan edib.

Xatırladaq ki, SSRİ və ABŞ arasında "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqda saziş 1987-ci il dekabrın 8-də Vaşinqtonda imzalanıb.