BAKI, 17 iyun — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində ehtiyatsızlıqdan yıxılma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1983-cü il təvəllüdlü Ələkbərov Şamil Sərdar oğlu şəhərdəki yaşayış binalarından birinin 4-cü mərtəbəsindən yerə yıxılıb.
Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona açıq kəllə-beyin travması və çənə sümüyünün sınığı diaqnozu qoyulub.