BAKI, 17 iyun — Sputnik. Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.
Bəzi məlumatlara görə, mikroavtobusda Hindistan vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir. Ölənlərin də hindistanlılar olduğu buildirilir.