Çində bir saat ərzində iki güclü zəlzələ

Birinci zəlzələnin gücü 6, ikincinin gücü 5,1 bal təşkil edib
Sputnik

BAKI, 17 iyun — Sputnik. Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.

İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.