RUSİYA

Rusiyada şəhər merinin müavini öz mənzilini əxlaqsızlıq yuvasına çevirib

Prokurorluq orqanları məsələ ilə bağlı yoxlamalara başlayıb
Sputnik

BAKI, 17 iyun — Sputnik. Rusiya şəhərlərindən birinin mer müavini öz mənzilini əxlaqsızlıq yuvasına çevirib.

Sputnik Azərbaycan "Vesti.ru"ya istinadən xəbər verir ki, Nyaqan şəhər merinin müavini Viktor Manuxin adına olan mənzili bir qadına kirayəyə verib. Qadının mənzildə əxlaqsızlıq yuvası təşkil etdiyi və Manuxinin mənzilin kirayəsindən əldə etdiyi gəliri gizlətdiyi bildirilir.

Prokurorluq orqanları məsələ ilə bağlı antikorrupsiya yoxlamalarına başlayıblar.

Yoxlamalar zamanı şəhər administrasiyasında gəlirlərin analizi üzrə məsul şəxslərinin hərəkətləri və eləcə də icra hakimiyyətinin digər əməkdaşlarının antikorrupsiya məhdudiyyətlərinə nə dərəcədə əməl etdikləri qiymətləndiriləcək.