RUSİYA

Sevimli cizgi filmimizin obrazı ilə bağlı maraqlı xəbər

Xatırladaq ki, təkcə Rusiyada deyil, bir çox ölkələrdə cizgi filimin ilk 16 hissəsində Canavar və Dovşan obrazlarını Anatoliy Papanov və Klara Rumyanova səsləndirib
Sputnik

 

BAKI, 17 iyun — Sputnik. Bütün dövrlərin sevimli sovet cizgi filmlərindən olan "Nu poqodi"nin rəssamı Dovşan prototipinin sirrini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, multiplikator Vladimir Tarasov bildirib ki, Dovşan obrazının xarici görkəmi onu səsləndirən aktrisa Klara Rumyanovaya uyğun hazırlanıb.

"Kiçik bir detal. Siz heç vaxt soruşmamısınız ki, niyə dovşanın gözləri mavidir? Çünki bu obrazı səsləndirən aktrisanın gözləri mavi idi", - deyən Tarasov xatırladıb ki, dovşan qızdır.

Xatırladaq ki, təkcə Rusiyada deyil, bir çox ölkələrdə cizgi filimin ilk 16 hissəsində Canavar və Dovşan obrazlarını Anatoliy Papanov və Klara Rumyanova səsləndirib. Ekran əsərinin rejissoru müxtəlif zamanlarda Vyaçeslav və Aleksey Kotenoçkin və Vladimir Tarasov olub.