Hitlerin divarları suya qərq olur

Danimarka sahilində Şimal Dənizindəki divar 1942-ci ildə Hitlerin əmrilə tikilib
Sputnik

BAKI, 17 iyun — Sputnik. Hitlerin II Dünya Müharibəsi zamanı işğal etdiyi Atlantik sahili ölkələrindəki müttəfiq ordularının Avropaya girişinin qarşısını almaq üçün tikdirdiyi Atlantik divarı eyni adlı okeanda batmağa davam edir.

Hitlerin divarları suya qərq olur

Danimarkada Viqso sahilləri boyunca uzanan divarın bir hissəsi okean sularına qərq olub.

Qeyd edək ki, Danimarkada Şimal Dənizindəki divar 1942-ci ildə Hitlerin əmrilə tikilib. Plana görə, divarın uzunluğu 5 min kilometr olmalı idi.

Ancaq divarın tikintisi tamamlanmamışdan əvvəl Normandiya əməliyyatı həyata keçirildi və müharibə başa çatdı.