Yeni Zelandiya ciddi silkələndi: 7,4 və 6,3 bal

Hələlik ölən və dağıntılar barədə məlumat yoxdur
Sputnik

BAKI, 16 iyun — Sputnik. Yeni Zelandiya sahillərində ciddi yeraltı təkanlar qeydə alınıb.

Sputnik AzərbaycanRİA Novosti agentliyinə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, Bakı vaxtı ilə 02:55-də qeydə alınan birinci təkanın episentri L’Esperans adasından 104 kilometr şimal-şərqdə və 35 kilometr dərinlikdə olub. Zəlzələnin gücü 7,4 bal təşkil edib.

Bakı vaxtı ilə saat 09:17-də olan ikinci təkanın gücü isə 6,3 bala çatıb. Təkanların episentri L'Esperans adasında 93 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələlər nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.