Dəhşətli istilər 29 nəfərin həyatına son qoydu

Bəzi yerlərdə temperatur 50 dərəcəni keçib
Sputnik

BAKI, 16 iyun — Sputnik. Hindistanın şimal-şərqindəki Bixar ştatında anomal istilər 29 nəfərin ölümünə səbəb olub.

Sputnik Azərbaycan-ın "Times of India" qəzetinə istinadla məlumatına görə, son 1 ay ərzində davam edən anomal istilər Bixar ştatının Auranqabad dairəsində 25 nəfərin ölümünə səbəb olub. Digər 4 nəfər Navada və Qayya dairələrində həyatlarını itiriblər. Ümumilikdə 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bixar ştatında son 1 ayda mövsüm üçün xarakterik olmayan hava şəraiti müşahidə olunur, temperatur 40 dərəcədən aşağı düşmür. Paytaxt Yeni Dehlidə isə iyunun 10-da temperatur 50 dərəcəni keçib və şəhərin tarixində ən yüksək temperatur göstərici qeydə alınıb.