Daha bir ölkə Trampa “müharibə” elan etdi

Hindistan və ABŞ arasında da "iqtisadi müharibə" başlayır
Sputnik

BAKI, 16 iyun — Sputnik. Hindistan ABŞ-dan idxal edilən 28 mala əlavə gömrük vergisi tətbiq edib.

Sputnik Azərbaycan-ın "Gazette of India" nəşrinə istinadən verdiyi məlumata görə, Hindistan Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi gömrük vergiləri bu gündən qüvvəyə minib.

Türkiyədə iqtisadi böhranın böyüməsi kimin günahıdır?

Bu sıraya əsasən badam, alma, yunan qozu kimi mallar daxildir.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyənin güzəştli ticarət haqqından məhrum edilməsi barədə fərman imzalayıb. D. Tramp bildirib ki, Hindistan ABŞ-a bazarlara bərabər və uyğun şərtlərlə girişi təmin etməyə qarantiya verməyi bacarmayıb. Türkiyə isə inkişaf etməkdə olan ölkələr üçün qəbul olunmuş güzəştlərdən məhrum edilib.

Xatırladaq ki, ABŞ və Hindistan gömrük dərəcələrini keçən ildən, D. Trampın ölkəyə idxal edilən alüminium və polada əlavə vergi tətbiq etməsi ilə dəyişməyə başlayıblar. Hindistan ABŞ-dan idxal edilən 30 mal üçün gömrük vergisini artıracağını bəyan edib.

Bu, iki ölkə arasında “iqtisadi müharibənin” yeni dalğası kimi dəyərləndirilir.