CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda turistlərin yaşadığı evi qarət edən qadın tutuldu

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər
Sputnik

BAKI, 15 iyun — Sputnik. Bakıda turistlərin yaşadığı ev qarət edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Məlumata əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.